COP29

"Fənərbaxça" 10 nəfərlə derbidə "Qalatasaray"ı uddu

19 May 22:30 Türkiyə 562
"Fənərbaxça" 10 nəfərlə derbidə "Qalatasaray"ı uddu

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

Sportinfo.az xəbər verir ki, 37-ci turda "Qalatasaray" evdə "Fənərbaxça"nı qəbul edib.

"Rams Qlobal Stadionu"nda oynanılan görüş "Fənərbaxça"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İsmayıl Kartalın komandası 21-ci dəqiqədən azlıqda qalsa da, səfər matçını qələbə ilə başa vurub. Oyunda yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü vurub.

Bugünkü oyun çempionluğ baxımından da əhəmiyyət daşıyırdı. "Qalatasaray" bu görüşdə uduzmasa, çempionluğu rəsmiləşdirəcəkdi.

Ancaq "Fənərbaxça" qələbə qazanmaqla çempionatda intiriqanı son tura qədər saxlayıb.

Bununla belə, növbəti turda da "Fənərbaxça"nın çempion olması öz əlində deyil. Hazırda "Qalatasaray" 99 xalla lider, "Fənərbaxça" isə 96 xalla 2-cidir.

Mövsümün son turunda "Fənərbaxça" "İstanbulspor"u qəbul edəcək. "Qalatasaray" isə "Konyaspor"un qonağı olacaq. Hər iki görüş mayın 26-da keçiriləcək.

"Qalatasaray"a çempionluq üçün 1 xal kifayətdirsə, "Fənərbaxça" qalib gəlməli və "Qalatasaray"ın uduzmasını gözləməlidir.

"Qalatasaray" - "Fənərbaxça" 0:1

Qol: Söyüncü, 71

Qırmızı vərəqə: Aleksandr Djiku, 21 ("Fənərbaxça")

Baş hakim: Arda Kardeşlər

"Rams Qlobal Stadionu"

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"