İkardinin gələcəyi müzakirə olunacaq - “Qalatasaray”a lazımdır?

28 Fevral 18:20 Türkiyə 397
İkardinin gələcəyi müzakirə olunacaq - “Qalatasaray”a lazımdır?

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin klubdakı gələcəyi yaxın aylarda müəyyənləşə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun agentləri onun gələcəyi ilə bağlı rəhbərliklə danışıqlar aparmağa hazırlaşır.

Görüş apreldə baş tutacaq.

Bildirilir ki, artıq bir neçə klub 33 yaşlı hücumçu ilə maraqlanır və onu azad agent kimi heyətinə qatmağa hazırdır. Onun “Qalatasaray”la müqaviləsinin müddəti bu ilin 30 iyununa qədərdir.

İkardi 2025/26 mövsümündə bütün turnirlərdə 36 oyunda meydana çıxaraq, 15 qol vurub və 2 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!