“Qalatasaray” hələ 12 il öncə də bunu “Yuventus”a etmişdi... VİDEOLAR

01:30 Türkiyə 81
“Qalatasaray” hələ 12 il öncə də bunu “Yuventus”a etmişdi... VİDEOLAR

“Qalatasaray”ın Çempionlar Liqasının pley-off mərhələsində “Yuventus”u mübarizədən kənarlaşdırmaqla diqqətləri üzərinə çəkdi.

Sportinfo.az xəbər verir ki, ilk matçda 5:2 hesablı qalibiyyət əldə edən İstanbul təmsilçisi səfərdə 0:3 geri düşməsinə baxmayaraq əlavə vaxtda 2 top vuraraq mərhələni adlaya bildi.

Bu isə “Qalatasaray”ın 12 il öncə - 2013/2014-cü illər mövsümündə İtaliya klubunu mübarizədən kənarlaşdırdığı matçı yada salıb.

2013-cü il dekabrın 9-da baş tutmalı olan qarşılaşma İstanbulda yağan güclü qar səbəbilə təxirə salınır. Qarşılaşma bir gün sonra keçirilir.

Həmin oyuna qədər aktivində 4 xal olan “Qalatasaray” üçün 1/8 finala çıxması üçün qələbə vacib idi. Digər istəniilən nəticə isə 6 xalla ikinci pillədə olan “Yuventus”u növbəti mərhələyə daşıyacaqdı.

Dekabrın 10-da qarşılaşma qaldığı yerdən davam edir.

85-ci dəqiqədə Snyderin vurduğu qolla “Yuventus” qalibiyyətə sevinir. Bununla da xallarını 7-yə çatdıran Türkiyə təmsilçisi qrupda “Real”dan sonra ikinci pilləni tutur.

1/8 finalda isə onlar “Çelsi”yə uduzaraq mübarizəni dayandırırlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!
26 Fevral 04:10 Fransaya göndəriləcək -