Hazırda “Qarabağ”da olana 700 min dollar borcunu ödəmədi, FİFA “belindən vurdu”

09:40 Türkiyə 168
Hazırda “Qarabağ”da olana 700 min dollar borcunu ödəmədi, FİFA “belindən vurdu”

FIFA İntizam Komitəsi Türkiyənin Trendyol 1-ci Liqa təmsilçisi “Adana Demirspor”a 12 xal silmə cəzası verib.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) açıqlama yayıb.

Bildirilir ki, komitə klub barədə iki ayrı iş üzrə ümumilikdə 12 xalın silinməsi qərarını qəbul edib.

Verilən cəzadan sonra “Adana Demirspor”un turnir cədvəlindəki vəziyyəti daha da ağırlaşıb. Komanda hazırda liqada mənfi 40 xalla sonuncu pillədə qərarlaşıb.

Cəzanın kəsilməsinə başlıca səbəb "Adana Demirspor"un futbolçulara və ya başqa şəxslərə ödəmə borcları ilə əlaqədar problemlər yaşanmasıdır.

Məsələn, klub hələ də keçmiş oyunçusu - hazırda "Qarabağ"da oynayan Şahruddin Məhəmmədəliyevə, eləcə də digər bir neçə futbolçuya olan borcunu tam ödəməyib və bu məsələyə görə FIFA-ya müraciət olunub.

Klubun Şahruddinə 700 min dollar borcu olduğu bildirilir.

Ş.Məhəmmədliyev 2023/24 mövsümündə "Adana Demirspor"da oynayıb.

Şahruddinə görə 12 xalları silindi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!