“Fənərbaxça” Alanyada möhtəşəm geridönüş etdi - VİDEO

01:30 Türkiyə 72
“Fənərbaxça” Alanyada möhtəşəm geridönüş etdi - VİDEO

Türkiyə Superliqasında “Fənərbaxça” geridönüşlə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə “Alanyaspor”la qarşılaşmada hesabda geri düşməsinə baxmayaraq, oyunu 3:2 hesabı ilə qazanıb.

Matçın ilk hissəsində “Alanyaspor” üstün oyun göstərərək hesabı açıb və fasiləyə öndə yollanıb.

İkinci hissədə isə “Fənərbaxça” tam fərqli oyun nümayiş etdirib. "Sarı-lacivərdlilər" ardıcıl qollarla hesabı öz xeyrinə dəyişib və oyunun sonuna yaxın qələbə qolunu vuraraq 3 xalı təmin ediblər.

Bu qələbə ilə “Fənərbaxça” çempionat cədvəlindəki mövqeyini möhkəmləndirib və çempionluq yarışında iddiasını davam etdirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi