“Mançester Siti”nin hücumçusu Omar Marmuş qış transfer pəncərəsində komandadan ayrıla bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda misirli forvardla üç klub yaxından maraqlanır:
“Qalatasaray”, “Aston Villa” və “Tottenhem”.
Marmuşun əsas prioriteti İngiltərədə qalmaqdır. Həmçinin, vurğulanır ki, futbolçu hazırda “Mançester Siti”dən yalnız icarə əsasında ayrılmaq variantını nəzərdən keçirir.
26 yaşlı futbolçu “Mançester Siti”yə 2025-ci ilin yanvarında Frankfurt “Ayntraxt”ından keçib. O, cari mövsümdə bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar verib.

