Saxlanılan şəxslər barəsində həbs qərarı çıxarıldı - Aralarında o da var

17 Yanvar 10:00 Türkiyə 697
Saxlanılan şəxslər barəsində həbs qərarı çıxarıldı - Aralarında o da var

Türkiyədə keçmiş futbolçu Ümit Karanın da daxil olduğu genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində saxlanılan şəxslər barəsində həbs qərarı çıxarılıb.

Sportinfo.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 23 şübhəlinin məhkəmə prosesi yekunlaşıb.

Məlumata görə, məhkəmənin qərarı ilə aralarında keçmiş futbolçu Ümit Karanın da olduğu 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 9 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Ü. Karan “ölkə daxilində narkotik və ya stimullaşdırıcı maddələrin qanunsuz satışı, daşınması və saxlanması” kimi ağır maddələrlə ittiham olunur.

Saxlanılanlar arasında tanınmış sənətçilər və iş adamlarının da adları keçir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti