Narkotikə görə aeroportda saxlanıldı - “Qalatasaray”ın sabiq hücumçusu

01:30 Türkiyə 68
Narkotikə görə aeroportda saxlanıldı - “Qalatasaray”ın sabiq hücumçusu

“Qalatasaray”ın sabiq hücumçusu Ümit Karan saxlanılıb.

Sportinfo.az xəbər verir ki, hadisə İstanbulun Sabiha Gökçen Hava Limanında baş verib.

Ümit Karan polis tərəfindən aparılan genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılan şəxslər arasında yer alıb.

Əməliyyatın narkotiklərlə mübarizə istiqamətində aparıldığı və bir neçə nəfərin eyni vaxtda nəzarətə götürüldüyü qeyd olunur.

Ümit Karan saxlanıldıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən dindirilib və məsələ ilə bağlı araşdırma davam edir.

Ümit Karan futbolçu karyerasını başa vurduqdan sonra televiziya kanallarında futbol şərhçisi kimi fəaliyyət göstərirdi. O, “Qalatasaray” forması ilə Türkiyə çempionatında və avrokuboklarda uğurlu çıxışları ilə tanınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?