Onları cəzalandırsalar da, hökmü təxirə saldılar - Məhkəmə prosesi

00:10 Türkiyə 46
Onları cəzalandırsalar da, hökmü təxirə saldılar - Məhkəmə prosesi

“Rams Park”da keçirilən qalmaqallı “Qalatasaray”–“Fənərbaxça” (0:1) derbisindən sonra baş verən hadisələrlə bağlı məhkəmə prosesi yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, İstanbul 3-cü Asliye Cəza Məhkəməsi hadisədə təqsirli bilinən 5 şəxs barəsində hökm çıxarıb.

Məhkəmənin qərarına əsasən, futbolçular Ceyden Ostervolde, Mert Hakan Yandaş, klubun həkimi Ertuğrul Karanlık, keçmiş idarə heyətinin üzvü Hulusi Belgü və “Fənərbaxça”nın ozamankı baş məşqçisi İsmail Kartalın oğlu Emre Kartal stadion müdiri Ali Çelikkıranı “qəsdən yaralama” ittihamı ilə 1 il 4 ay 14 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, məhkəmə hadisənin “haqsız təhrik” altında baş verdiyini nəzərə alaraq, ittiham olunanlar haqqında “Hökmün açıqlanmasının təxirə salınması” qərarını verib.

Bu isə o deməkdir ki, sözügedən şəxslər 5 illik sınaq müddəti ərzində yeni bir cinayət törətməsələr, cəzaları tamamilə ləğv olunacaq.

Mert Hakan Yandaş hazırda qanunsuz mərc qalmaqalı ilə bağlı həbs olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?