“Fənərbaxça”nın yollarını ayırdığı hücumçu hansı klubun yolunu tutacaq?

10:00 Türkiyə 113
“Fənərbaxça”nın yollarını ayırdığı hücumçu hansı klubun yolunu tutacaq?

“Fənərbaxça” Cenk Tosunla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilməsi barədə Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi bildiriş göndərib.

“Beşiktaş”dan ayrıldıqdan sonra 2024-cü ildə azad agent statusu ilə “sarı-lacivərdlilər”ə qoşulan, lakin son vaxtlar əsas heyətdən kənarda qalan Cenk Tosunun yeni ünvanı da artıq bəllidir.

Təcrübəli forvardın qısa zamanda Emre Belözoğlunun baş məşqçi olduğu “Kasımpaşa” ilə müqavilə imzalayacağı gözlənilir.

“Kasımpaşa” qış transfer pəncərəsində heyətini ciddi şəkildə gücləndirir. Komanda daha əvvəl İrfan Can Kahveci və Kerem Demirbayı transfer etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
15 Yanvar 18:10 Çək və bizə göndər!
15 Yanvar 09:40 "Qarabağ"dan YENİLİK