Onlar sevgili olub? - FOTOLAR

02:50 Türkiyə 135
Onlar sevgili olub? - FOTOLAR

Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və yayılması ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində saxlanılan sosial media fenomeni Rabia Karaca müxtəlif şəxslər haqqında səs-küylü iddialar səsləndirib.

Sportinfo.az xəbər verir ki, bunlardan biri də İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan sabiq mer Ekrem İmamoğludur.

Rabia Karaca türkiyəli məşhur voleybolçu Derya Çayırganın Ekrem İmamoğlunun sevgilisi olduğunu iddia edib.

“Derya Çayırgan yalnız İmamoğluna məxsus idi, bütün xərclərini o qarşılayırdı”, - Karaca istintaqa ifadəsində bildirib.

Narkotik işi çərçivəsində bu gün aparılan istintaq çərçivəsində isə daha 18 nəfər saxlanılıb.

Onlardan biri də Karacanın haqqında iddialar səsləndirdiyi Derya Çayırgandır. Onun şahid ifadələri əsasında saxlanıldığı bildirilir.

saxlanilan-voleybolcu-imamoglunun-sevgilisi-olub


Digər Xəbərlər
Xəbər Lenti
15 Yanvar 18:10 Çək və bizə göndər!
15 Yanvar 09:40 "Qarabağ"dan YENİLİK