Efirə sellofan geyinərək çıxdı, “Qalatasaray”lıları əsəbiləşdirdi - FOTOLAR

01:40 Türkiyə 87
Efirə sellofan geyinərək çıxdı, “Qalatasaray”lıları əsəbiləşdirdi - FOTOLAR

Türkiyəli futbol şərhçisi və “Fənərbaxça”nın keçmiş oyunçusu Can Arat efirə sellofan geyinərək çıxıb.

Sportinfo.az xəbər verir ki, o, “Qalatasaray”ın “Fənərbaxça” ilə kubok oyununda azarkeşlərə verdiyi yağış geyimlərinin keyfiyyətsizliyinə görə bu addımı atıb.

C.Aratın bu hərəkəti müzakirələrə səbəb olub və “Qalatasaray” azarkeşlərini əsəbiləşdirib.

Kubok matçında hər iki klub azarkeşlərə yağışdan qorunmaq üçün geyim verib. Bu zaman “Qalatasaray” verdiyi sellofanlara görə tənqidlərə məruz qalıb. “Fənərbaxça”da isə tam əksi olub.

Matçdan sonra “Fənərbaxça”nın üst geyimləri təriflənib, hətta klub bundan sonra fanşoplarda forma ilə yanaşı, həmin üst geyimlərini da satışa çıxarıb.

Matç “Fənərbaxça”nın 2:0 qələbəsi ilə başa çatıb.“Sarı-lacivərdlilər” bu qələbə ilə həm mövsümün ilk titulunu qazanıb, həm də 11 il sonra ilk dəfə Superkuboku muzeyinə aparıb.





Bizi Twitterdə izləyin

Digər Xəbərlər
Xəbər Lenti
15 Yanvar 18:10 Çək və bizə göndər!
15 Yanvar 09:40 "Qarabağ"dan YENİLİK