Qərarını dəyişən hakimə hücum etdi, qırmızı vərəqə aldı - VİDEO

15:20 Türkiyə 132
Qərarını dəyişən hakimə hücum etdi, qırmızı vərəqə aldı - VİDEO

Türkiyə Kuboku C Qrupu matçının 2-ci həftəsində “Qaziantep” - “Kocaelispor” oyunu zamanı gərgin anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, “Qaziantep”in baş məşqçisi Burak Yılmaz hakimə hücum edib. Buna səbəb isə oyunçusu Tayyib Talhanın qırmızı kart almasıdır.

Belə ki, matçın 13-cü dəqiqəsində hakim Burak Pekkan futbolçuya ilk olaraq sarı kart göstərib. Lakin VAR-a yenidən baxdıqdan sonra qərarını dəyişərək qırmızı kart çıxarıb.

Bu zaman çalışdırıcı özündən çıxaraq referiyə hücum edib. Onun qarşısını almağa çalışıblar. Pekkan baş məşqçinin aqressiv davranışına görə ona da qırmızı kart göstərib.

Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sözügedən anları təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti