“Fənərbaxça” Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun yarımmüdafiəçisi Nqolo Kante üçün danışıqları davam etdirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə axşamı keçirilən müsbət görüşdən sonra fransalı ilə Türkiyə klubu arasında şəxsi şərtlərlə bağlı razılaşmanın çox yaxın olduğu, lakin müqavilənin şərtlərinin hələlik danışılmadığı bildirilib. Azad agent kimi transfer nəzərdən keçirilmir,
“Əl-İttihad” oyunçu üçün kompensasiya tələb edir.
Kante 2023-cü ildə “Çelsi”dən “Əl-İttihad”a keçib. 34 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubunda 101 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti bu yay başa çatacaq.

