Uruqvaylını icarəyə götürmək niyyəti var - “Qalatsaray”ın

15:20 Türkiyə 102
Uruqvaylını icarəyə götürmək niyyəti var - “Qalatsaray”ın

“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte qış transfer pəncərəsində “Qalatasaray”a keçə bilər.

Sportinfo.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, son günlər İstanbul klubu uruqvaylı futbolçunun icarəyə götürülməsi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə edib.

Tərəflər arasında mümkün razılaşmaya futbolçunun sonradan satın alınmasını nəzərdə tutan şərt də daxil edilə bilər.

24 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”in keçmiş baş məşqçisi Ruben Amorimin rəhbərliyi dövründə “qırmızı şeytanlar”ın start heyətində nadir hallarda yer alırdı. Amorim bu ayın əvvəlində klubdan uzaqlaşdırılıb.

Uqartenin “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti