Bütün şərtlərdə razılığa gəldilər - Portuqaliyalı müdafiəçi ilə

15:20 Türkiyə 117
Bütün şərtlərdə razılığa gəldilər - Portuqaliyalı müdafiəçi ilə

“Beşiktaş” “Latsio”nun sol cinah müdafiəçisi Nuno Tavareslə razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, qış transfer pəncərəsində heyətini gücləndirməyə çalışan “qara qartallar” David Jurasekin müqaviləsini ləğv edərək onu yola salıb.

Çexiyalı müdafiəçinin boşluğunu doldurmaq üçün hərəkətə keçən rəhbərlik “Latsio”nun 25 yaşlı portuqaliyalı ulduzu Nuno Tavares ilə bütün şərtlərdə razılığa gəlib.

İtaliya mətbuatının yaydığı məlumata görə, tərəflər 10 milyon avroluq icbari satınalma bəndi daxil olmaqla, icarə müqaviləsi üzərində anlaşıblar.

Hazırda “Latsio” transferi yekunlaşdırmaq üçün “Beşiktaş”dan son sənədlərin göndərilməsini gözləyir.

Sol cinah müdafiəçisinin yaxın saatlarda İstanbula gələrək tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti