Kuboku “Qalatasaray”ın əlindən aldılar, 3 milyon qazandılar

01:30 Türkiyə 92
Kuboku “Qalatasaray”ın əlindən aldılar, 3 milyon qazandılar

Türkiyə Superkubokunun qalibi olan “Fənərbaxça”nın rəhbərliyi “Qalatasaray” üzərində qazanılan qələbəyə (2:0) görə komanda üzvlərinə vəd etdiyi pul mükafatını ödəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Bildirilib ki, final matçından əvvəl futbolçuları motivasiya etmək üçün xüsusi büdcə ayıran klub rəhbərliyi 2:0 hesablı qələbədən sonra komandaya ümumilikdə 1,5 milyon avro (təxminən 3 milyon manat) mükafat verib.

Əldə olunan uğura görə ayrılan məbləğ heyətdəki futbolçular və texniki heyət arasında bölüşdürülüb.

"Sarı-lacivərdlilər” bu qələbə ilə həm mövsümün ilk titulunu qazanıb, həm də 2014-cü ildən sonra ilk dəfə Superkuboku muzeyinə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol