“Fənərbaxça” 11 il sonra kuboku başı üzərinə qaldırdı - VİDEO

00:00 Türkiyə 124
“Fənərbaxça” 11 il sonra kuboku başı üzərinə qaldırdı - VİDEO

Türkiyə Superkubokunun qalibi məlum olub.

Sportinfo.az xəbər verir ki, final qarşılaşmasında əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbaxça” qarşılaşıb.

Matç “Fənərbaxça”nın 2:0 qələbəsi ilə başa çatıb.

Qolları Matteo Genduzi və Ceyden Ostervolde vurub.

“Fənərbaxça” derbini qazanaraq bu kuboku 11 ildən sonra yenidən muzeyinə götürməyi bacarıb. Belə ki, “Fənərbaxça” daha əvvəl 2007, 2009 və 2014-cü illərdə bu kubokun qalibi olub.

Klub Superkubokda əzəli rəqibləri olan “Qalatasaray” ilə dörd dəfə qarşılaşıb, bu matçların üçündə məğlub olub. “Sarı-lacivərtlər”in bu yarışda rəqibləri üzərində yeganə qələbəsi 25 avqust 2014-cü ildə olub.

“Qalatasaray” - “Fənərbaxça” - 0:2
Qollar
: Genduzi 28, Ostervolde 48

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur