Bernardo Silva “Qalatasaray”ın maraq dairəsinə düşsü

8 Yanvar 18:20 Türkiyə 217
Bernardo Silva “Qalatasaray”ın maraq dairəsinə düşsü

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva “Qalatasaray”ın maraq dairəsinə düşüb.

Portuqaliyalı cari mövsümün sonunda “şəhərlilər”lə müqaviləsinin müddətinin başa çatması fonunda klubu tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı yarımmüdafiəçini azad agent kimi heyətinə qatmaq niyyətindədir.

Artıq “Qalatasaray” rəsmilərinin onunla ilkin əlaqə saxladığı bildirilir.

Silva 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir. O, cari mövsümdə Pep Qvardiolanın komandasında bütün turnirlər üzrə 27 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti