Mövsümün ortasında heyətini gücləndirməyə davam edən “Fənərbaxça” Entoni Musabadan sonra daha bir böyük transferə imza atıb.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Latsio”dan Matteo Qenduzinin transferini rəsmiləşdirib.
Fransalı yarımmüdafiəçinin yanvarın 8-i saat 13:30-da İstanbula çatacağı gözlənilir.
“Sarı-lacivərdlilər”in əsas məqsədi 26 yaşlı futbolçunu “Qalatasaray”a qarşı keçiriləcək Türkiyə Super Kubok finalına çatdırmaqdır.
Qenduzi bu mövsüm “Latsio” forması ilə çıxdığı 16 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

