Arda Turan ona “dəli” deyən keçmiş futbolçusuna nə cavab verdi?

8 Yanvar 12:00 Türkiyə 392
Arda Turan ona “dəli” deyən keçmiş futbolçusuna nə cavab verdi?

“Şaxtyor Donetsk”in baş məşqçisi Arda Turan “Eyüpspor”u çalışdırdığı dövrdə yetirməsi olmuş Conco Şelvinin onun haqqında səsləndirdiyi qalmaqallı iddialara sərt reaksiya verib.

Sportinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis sosial media hesabında paylaşım edərək keçmiş oyunçusunun açıqlamalarını təkzib edib.

A. Turan qeyd edib ki, Şelviyə ailə problemləri ilə bağlı hər cür dəstək verilsə də, futbolçu peşəkar prinsiplərə əməl etməyib:

“Oyunçunun davranışlarından məlum oldu ki, o, klub həkimləri ilə məsləhətləşmədən gizli şəkildə dərman qəbul etməyə davam edib”.

O, həmçinin Şelvinin onun ofisindəki mühitlə bağlı dediklərinin reallığı əks etdirmədiyini söyləyib.

Türkiyəli məşqçi bu iddiaları ölkəsinə, tibbi heyətə və digər komanda yoldaşlarına hörmətsizlik hesab etdiyini vurğulayıb.

Bir neçə gün önçə C. Şelvi müsahibəsində Arda Turanı “dəli” adlandıraraq, onun məşqdən sonra ofisdə viski içib siqar çəkdiyini iddia etmişdi

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 18:10 Çək və bizə göndər!
8 Yanvar 07:30 Böyük bahalaşma QAPIDA