Türkiyə nəhəngi millimizin vingeri üçün bu qədər XƏRC ÇƏKƏCƏK?

7 Yanvar 10:40 Türkiyə 852
Türkiyə nəhəngi millimizin vingeri üçün bu qədər XƏRC ÇƏKƏCƏK?

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün “Beşiktaş”a transferi məsələsi hələ də gündəmdədir.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Niderlandın “Volendam” klubunun formasını geyinən 27 yaşlı vinger özü bu keçidin tezliklə reallaşmasında maraqlıdır.

“Beşiktaş” Futbol Komitəsinin üzvləri Murat Kılıç, Kaan Kasacı və Melih Aydoğdu millimizin üzvünün transferini qış fasiləsində həyata keçirməyə çalışırlar.

Hərçənd onun mövsümün sonunda azad agent kimi İstanbula köçmə variantı da var.

Lakin oyunçunun transfer dəyərinin cəmi 350 min avro olması və özünün də müsbət cavab verməsi keçidin baş tutma ehtimalını artırır.

Qardaşı Orkun Kökçü ilə eyni komandada çıxış etmək arzusunda olan Ozan bunun üçün maaşda fədakarlıq etməyə də razıdır.

Ozan Can Kökçü bu mövsüm “Volendam”ın heyətində 17 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti