Məhkəmə hər ikisini həbsdə saxladı - Qanunsuz mərc OLAYI

7 Yanvar 01:30 Türkiyə 243
Məhkəmə hər ikisini həbsdə saxladı - Qanunsuz mərc OLAYI

Türkiyədə qanunsuz mərc oyunları araşdırması çərçivəsində saxlanılan “Fənərbaxça” və “Qalatasaray”ın futbolçuları barədə məhkəmə qərarı açıqlanıb.

Sportinfo,az xəbər verir ki, İstanbulda keçirilən məhkəmə iclasında “Qalatasaray”ın müdafiəçisi Metehan Baltacı və “Fənərbaxça”nın yarımmüdafiəçisi Mert Hakan Yandaşın həbsdə saxlanılmasına qərar verilib.

Futbolçuların bu gün başa çatmalı olan həbs müddəti istintaqın davam etməsi səbəbindən uzadılıb.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “Futbol mərc oyunları araşdırması” çərçivəsində Metehan Baltacının öz klubunun oyunlarına mərc etdiyi, Mert Hakan Yandaşın isə üçüncü şəxslər vasitəsilə mərc oyunlarında iştirak etdiyi iddia olunur.

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!