“Fənərbaxça” 2 qolla Türkiyə Super Kubokunun finalında

7 Yanvar 00:10 Türkiyə 218
“Fənərbaxça” 2 qolla Türkiyə Super Kubokunun finalında

“Fənərbaxça” Türkiyə Super Kubokunun yarımfinal mərhələsində “Samsunspor”u 2:0 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

Sportinfo.az xəbər verir ki, Yeni Adana Stadionunda baş tutan qarşılaşma “sarı-lacivərdlilər”in üstünlüyü ilə keçib.

Matçın hələ 4-cü dəqiqəsində Kerem Aktürkoğlu hesabı açıb. Oyunun 67-ci dəqiqəsində isə Con Duran yeni transfer Entoni Musabanın ötürməsini qola çevirərək son nöqtəni qoyub.

Musaba “Fənərbaxça” forması ilə çıxdığı ilk rəsmi oyunda iki məhsuldar ötürmə ilə yadda qalıb.

“Samsunspor”un futbolçusu Antuan Makumbou isə 78-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Onu da bildirək ki, bu qələbə ilə finala yüksələn “Fənərbaxça” yanvarın 10-da çempionluq uğrunda əzəli rəqibi “Qalatasaray”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!