“Sənin pulun çoxdur, ona görə çəkin artır” - MARAQLI VİDEO

6 Yanvar 10:20 Türkiyə 326
“Sənin pulun çoxdur, ona görə çəkin artır” - MARAQLI VİDEO

Türkiyə Superkubokunun yarımfinalı çərçivəsində keçirilən “Qalatasaray” – “Trabzonspor” oyunundan öncə mətbuat konfransında baş məşqçilər arasında maraqlı dialoq yaşanıb.

Sportinfo.az xəbər verir ki, Trabzon təmsilçisinin çalışdırıcısı Fatih Tekke məşqçiliyin çətinliyindən danışaraq, çəkisinin azaldığını deyib:

“Məşqçilik işi çox çətindir. Mən burada çalışmağa başladıqdan sonra 10 kilo çəki atmışam”.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk isə ona cavab olaraq kökəldiyini bildirib.

Tekke Buruka “sənin pulun çoxdur, komandanda yüksəksəviyyəli oyunçular var və ona görə çəkin artır” cavabını verib.

Onların bu dialoqu maraqla qarşılanıb.

Digər Xəbərlər
Xəbər Lenti