“İş o yerə çatıb ki, mən öz seçimimdən imtina etmişəm”

01:50 Türkiyə 89
“İş o yerə çatıb ki, mən öz seçimimdən imtina etmişəm”

“Milan”ın hücumçusu Alvaro Morata icarə müqaviləsinə vaxtından əvvəl xitam verildiyi üçün “Qalatasaray”dan ayrılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu haqda açıqlama verib:

“Əziz “Qalatasaray” azarkeşləri, sevginiz, hərarətiniz və dəstəyiniz üçün sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. İlk gündən məni qarşıladız, dəstəyiniz karyeramdakı ən qeyri-adi dəstəklərdən biri oldu.

Təəssüf ki, klub haqqında bunu deyə bilmərəm. Elə vaxtlar olub ki, verilən sözə, fundamental dəyərlərə hörmətlə yanaşılmayıb.

İş o yerə çatıb ki, mən öz seçimimdən imtina etmişəm. Mənim üçün həyatda və işdə pozula bilməyən prinsiplər var, məsələn, hər bir insanın hüquqlarına hörmət edilməməsi.

Mənim fikrimcə, bu, qəbuledilməzdir, ədalət və peşəkarlıq kimi dəyərlərə ziddir”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 18:00 Çapan Qarabağ atları
12 Avqust 08:30 Gedənlərin sayı 13 oldu
12 Avqust 04:50 Yeni baş katib təyinatı