“Arsenal”ın müdafiəçisi ilə maraqlanır – Türkiyə nəhəngi

11 Avqust 2025 21:40 Türkiyə 1 203
“Arsenal”ın müdafiəçisi ilə maraqlanır – Türkiyə nəhəngi

Oleksandr Zinçenko yay transfer pəncərəsi bağlanmadan “Arsenal”dan ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı müdafiəçi ilə “Fənərbaxça” maraqlanır. İstanbul təmsilçisini hazırda portuqaliyalı mütəxəssis Joze Mourinyo çalışdırır.

London klubu Zinçenkonun transferindən təxminən 15 milyon avro qazanmaq istəyir.

28 yaşlı futbolçu son mövsümdə “topçular”ın əsas heyət oyunçusu olmayıb. O, 23 matçda iştirak edərək, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!