"Qalatasaray"dan kimi transfer etmək istəyirlər? - Ərəblər

11 Avqust 00:00 Türkiyə 544
"Qalatasaray"dan kimi transfer etmək istəyirlər? - Ərəblər

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, NEOM türk vingeri transfer etmək istəyir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərəblər artıq "Qalatasaray"a rəsmi məktub göndərib və oyunçu barədə məlumat istəyiblər.

Super Liqa nəhəngi Barışı satmağın əleyhinə deyil. Onlar 45-50 milyon avro arası təzminat tələb edəcəklər.

"Qalatasaray" Barış Alper Yılmazı 2022-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib.

Türkiyə millisinin üzvü olan 25 yaşlı futbolçu Super Liqanın ilk turunun "Qaziantep"lə matçında 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu