Transferə yalnız bu halda icazə verəcəklər

10 Avqust 10:15 Türkiyə 809
Transferə yalnız bu halda icazə verəcəklər

“Benfika”da çıxış edən Türkiyə millisinin üzvü Kerem Aktürkoğlunun “Fənərbaxça”ya keçəcəyi tarix məlum olub.

Sportinfo.az xəbər verir ki,“Aktürkoğlu avqust ayının 16-da “sarı-lacivərdlər”lə müqavilə imzalayacaq.

Lakin o da bildirilib ki, “Benfika” futbolçunun keçidinə yalnız “Fənərbaxça”a gələn həftə “Feyenoord” səddini keçə bilməyəcəyi təqdirdə icazə verəcək.

Əks təqdirdə futbolçunun keçid müddəti uzana bilər.

“Fənərbaxça” Kerem Aktürkoğlu üçün “Benfika”ya 25 milyon avro, futbolçunun özünə isə illik beş milyon avro maaş ödəyəcək.

Kerem “Benfika”ya “Fənər”in əzəli rəqibi “Qalatasaray”dan transfer olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu