Fələstin millisinin forvardını icarəyə götürmək istəyir

01:30 Türkiyə 143
Fələstin millisinin forvardını icarəyə götürmək istəyir

“Əl-Əhli”nin (Misir) heyətində klublararası dünya çempionatında diqqətləri üzərinə çəkən Vessam Abu Ali turnir başa çatdıqdan dərhal sonra MLS klubuna keçdi.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı forvard “Kolumbus Kryu” ilə anlaşıb.

Amma Fələstin millisinin hücumçusu karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Belə ki, “Trabzonspor” onu icarəyə götürməyi planlaşdırır. Buna görə də Qaradəniz təmsilçisi ABŞ klubu ilə danışıqlara başlayıb. Vessamın “Kolumbus”la müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.

Danimarkada dünyaya gələn Fələstin yığmasının hücumçusu karyerası ərzində “Olborq”, “Vendissel”, “Silkeborq”(hamısı Danimarka) və “Sirius”da (İsveç) da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 18:10 Çək və bizə göndər!