Sara üçün ingilislərdən 40 milyon avro tələb edir - “Qalatasaray”

2 Avqust 2025 21:40 Türkiyə 1 903
Sara üçün ingilislərdən 40 milyon avro tələb edir - “Qalatasaray”

“Aston Villa” “Qalatasaray”ın yarımmüdafiəçisi Qabriel Saranı transfer etmək üçün danışıqlara başlamağa hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb.

“Qalatasaray” braziliyalı futbolçu üçün 40 milyon avro tələb edir, ancaq “Aston Villa” onu bu məbləğin yarı dəyərində qiymətləndirir.

“Mançester Siti” də Saranı izləyir, amma ən aktiv maraq hazırda məhz “Aston Villa” tərəfindən göstərilir.

26 yaşlı futbolçu 2022-2024-cü illərdə İngiltərədə “Norviç Siti” klubunda çıxış edib.

O, 2024-cü ilin yayında “Qalatasaray”a keçib və İstanbul təmsilçisi ilə müddəti 2029-cu ilə qədər olan müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti