“Qalatasaray” 75 milyon ödədi - Türkiyədə tarixi transfer

1 Avqust 15:20 Türkiyə 575
“Qalatasaray” 75 milyon ödədi - Türkiyədə tarixi transfer

“Qalatasaray” nigeriyalı hücumçu Viktor Oşimenin transferini rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 4 illik sözləşmə imzalanıb.

Bu keçid üçün Türkiyə təmsilçisi “Napoli”yə 75 milyon avro ödəyəcək.

Bundan əlavə, oyunçunun sonrakı satışından əldə edilən gəlirin 10 faizi də İtaliya klubunun olacaq.

Müqaviləyə əsasən, oyunçu hər mövsüm üçün 15 milyon avro zəmanətli maaş, 1 milyon avro xalis loyallıq bonusu və 5 milyon avro imic hüquqları haqqı alacaq.

Bu, Türkiyə futbol tarixində rekord transfer məbləğidir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu