Kolumbiyalı hücumçunun keçidini həll etdi - “Fənərbaxça”

1 İyul 22:00 Türkiyə 136
Kolumbiyalı hücumçunun keçidini həll etdi - “Fənərbaxça”

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Con Duran karyerasını “Fənərbaxça”da davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı İstanbul təmsilçisinə icarə əsasında keçəcək.

Məlumata görə, transfer tam razılaşdırılıb. “Əl-Nəsr” 21 yaşlı hücumçunu 2026-cı ilin iyununa qədər əməkhaqqı tam saxlanılmaqla icarəyə buraxıb.

Bildirilir ki, Duranın “Fənərbaxça”ya keçmək qərarı klubun direktoru Devin Özenin Kolumbiyaya gedərək birbaşa danışıqlar aparmasından sonra verilib.

Duran son mövsümdə Səudiyyə Ərəbistanı Pro Liqasında keçirdiyi 13 oyunda 8 qol vurub. O, bu ilin yanvarında “Aston Villa”dan “Əl-Nəsr”ə 77 milyon avroya transfer olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti