
“Əl-Nəsr” hücumçusu Con Durana “Fənərbaxça” ilə danışıqları davam etdirməyə icazə verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bir gün əvvəl Səudiyyə Ərəbistanı klubunun oyunçuya transfer üçün “yaşıl işıq” yandırması sayəsində danışıqlar aktiv fazaya keçib.
İstanbul klubunun kolumbiyalı futbolçu ilə maraqlandığı bu günlərdə məlum olub.
Duran “Əl-Nəsr”də cəmi altı ay keçirib. 21 yaşlı forvard bu müddət ərzində bütün turnirlərdə 18 oyun keçirərək, 12 qol vurmağı bacarıb.
Səudiyyə Ərəbistanı klubu onun “Aston Villa”dan transferi üçün 70 milyon avro xərcləyib.