Şəxsi müqavilə şərtləri üzrə razılığa gəldilar – “Qalatasaray”ın hücumçusu ilə

28 İyun 22:00 Türkiyə 387
Şəxsi müqavilə şərtləri üzrə razılığa gəldilar – “Qalatasaray”ın hücumçusu ilə

“Komo” hücum xəttini gücləndirmək istiqamətində mühüm addım atıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub ispaniyalı hücumçu Alvaro Morata ilə şəxsi müqavilə şərtləri üzrə razılığa gəlib.

Növbəti mərhələdə Moratanın hazırda çıxış etdiyi “Qalatasaray”la formal məsələlərin həll olunması nəzərdə tutulur.

32 yaşlı futbolçu bu ilin fevralında “Milan”dan icarə əsasında İstanbul klubuna keçmişdi.

Morata “Qalatasaray”ın heyətində 16 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Komo” rəhbərliyi transferin gələn həftə yekunlaşacağına və mövsümöncəsi hazırlıqdan əvvəl rəsmiləşdiriləcəyinə ümid edir.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 18:10 Çək və bizə göndər!