“Əl-Nəsr”in hücumçusu ilə maraqlanır - “Fənərbaxça”

27 İyun 2025 12:00 Türkiyə 903
“Əl-Nəsr”in hücumçusu ilə maraqlanır - “Fənərbaxça”

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Con Duran Avropaya qayıda bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı forvardın transferində “Fənərbaxça” maraqlıdır.

Türkiyə klubu Duranı 7 milyon avro qarşılığında icarəyə götürməyə və komandada olduğu müddətdə onun maaşını ödəməyə hazırdır.

Con Duran qış transfer pəncərəsində “Aston Villa”dan “Əl-Nəsr”ə keçmişdi. Bu transferin məbləği 77 milyon avro təşkil edib.

Kolumbiyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatında 13 oyunda iştirak edib və 8 qolla yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti