
“Fənərbaxça” “Mançester Yunayted”in vingeri Ceydon Sançonu transfer edə bilər.
Sportinfo.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu İstanbul klubunun təklifinə artıq razılıq verib.
Sançoya illik 10 milyon avro maaş təklif olunub və o, bu şərtlərlə keçidi qəbul edib. İndi isə “Fənərbaxça” “Mançester Yunayted” üçün rəsmi təklif hazırlayır.
Klub rəhbərliyi danışıqların uğurla nəticələnəcəyinə inanır. “Qırmızı şeytanlar”ın Sanço ilə yollarını ayırmaq istəməsi “Fənərbaxça”nın şansını daha da artırır.
İngiltərəli futbolçu 2024/25 mövsümündə icarə əsasında “Çelsi”də çıxış edib. Mövsüm başa çatdıqdan sonra London klubu onun transfer hüququnu almaqdan imtina edib.