Mourinyo “Fənərbaxça”dan ayrıla bilər – Yerinə namizəd kimdir?

9 İyun 2025 18:20 Türkiyə 1 010
Mourinyo “Fənərbaxça”dan ayrıla bilər – Yerinə namizəd kimdir?

Portuqaliyalı məşqçi Joze Mourinyo yay transfer dövründə “Fənərbaxça”nı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

İstanbul klubunun baş məşqçi postuna namizədlər arasında Edin Terziçin adı çəkilir. O, əvvəllər Dortmund “Borussiya”sında çalışıb və oradakı fəaliyyəti ilə tanınıb.

Mətbuatda daha əvvəl yayılan məlumatlara əsasən, Mourinyo “Fənərbaxça” rəhbərliyi ilə müqavilənin vaxtından əvvəl ləğvinə görə danışıqlara başlayıb.

O, ötən yaydan bəri “sarı lacivərdlilər”in baş məşqçisi vəzifəsini tutur. Komanda onun rəhbərliyi ilə bu mövsüm Türkiyə Super Liqasında turnir cədvəlini 2-ci pillədə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq