İcarə ərasında mövsümün sonuna qədər anlaşdı - PSJ-dən “Fənərbaxça”ya gəldi

30 Yanvar 2025 22:00 Türkiyə 688
İcarə ərasında  mövsümün sonuna qədər anlaşdı - PSJ-dən “Fənərbaxça”ya gəldi

“Fənərbaxça” Slovakiya millisinin və Fransa təmsilçisi PSJ-nin futbolçusu Milan Skrinyarı heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Super Liqa təmsilçisi 29 yaşlı müdafiəçi ilə icarə ərasında cari mövsümün sonuna qədər anlaşıb.

Skrinyar 2023-cü ilin yayında “İnter”lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə PSJ-yə keçib.

Slovakiya millisinin üzvü olan 29 yaşlı futbolçu bu mövsüm Paris təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti