Türk futbolçu üçün 35 milyon ödəməyə hazırdır - Premyer Liqa təmsilçisi

18 May 2024 01:40 Türkiyə 1 412
Türk futbolçu üçün 35 milyon ödəməyə hazırdır - Premyer Liqa təmsilçisi

"Fənərbaxça"nın müdafiəçisi Ferdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Arsenal" türk futbolçunu transfer etmək istəyir.

Bu barədə İngiltərə mərbuatı məlumat yayıb.

London təmsilçisinin baş məşqçisi Mikel Arteta rəhbərlikdən bir neçə mövqedə oynamağı bacaran 24 yaşlı oyunçunun transferini istəyib.

"Topçular" bu keçid üçün 35 milyon avro ödəməyə hazırdır.

Türkiyə millisinin üzvü olan Ferdi Kadıoğlu bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 49 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"