"Reyncers"in hücumçusu "Fənərbaxça" yolunda - PULSUZ

18 May 00:20 Türkiyə 365
"Reyncers"in hücumçusu "Fənərbaxça" yolunda - PULSUZ

"Fənərbaxça" yeni mövsümün transfer fəaliyyətinə indidən start verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

"Sarı-lacivərtlilər"in hədəfində olan oyunçu "Reyncers"də çıxış edən Alfredo Morelosdur. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Fənərbaxça" iyun ayında Şotlandiya klubu ilə müqaviləsi başa çatan 26 yaşlı forvardı pulsuz heyətinə qatmağı planlaşdırır.

Alfredo Morelos "Reyncers"ə 2017-ci ilin yayında Finlandiyanın "Helsinki" klubundan transfer olunub.

Kolumbiya millisinin üzvü cari mövsümdə Qlazqo təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu