Əməliyyat olundu: mövsümün sonuna kimi oynamayacaq

16 Aprel 2023 20:15 Türkiyə 1 072
Əməliyyat olundu: mövsümün sonuna kimi oynamayacaq

“Beşiktaş”ın “Everton”dan icarəyə götürdüyü Dele Alli əməliyyat edilib.

Sportinfo.az xəbər verir ki, ingilis yarımmüdafiəçi bu barədə sosial media hesabında məlumat verib.

27 yaşlı vinger mövsümün qalan hissəsində meydana çıxmayacağını qeyd edib.

Dele Alli bu mövsüm “ağ-qaralar”da keçirdiyi 17 oyunda 3 qol vurub. İngiltərə millisinin sabiq üzvünün futbolçunun İstanbul klubu ilə icarə müqaviləsi mövsümün sonunda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM