Türkiyə namizədlik sənədi göndərdi - Avro-2028 və ya Avro-2032-yə ev sahibliyi etmək üçün

13 Aprel 2023 00:10 Türkiyə 292
Türkiyə namizədlik sənədi göndərdi - Avro-2028 və ya Avro-2032-yə ev sahibliyi etmək üçün

Türkiyə Avro-2028 və ya Avro-2032-yə ev sahibliyi etmək üçün rəsmi namizəd olub.

Sportinfo.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası artıq namizədlik sənədini UEFA-ya göndərib.

Bu barədə qurmun rəsmi saytı məlumat yayıb.

Daha əvvəl Avro-2028 üçün Böyük Britaniya və İrlandiya, Avro-2032 üçün isə İtaliya namizədliyini irəli sürmüşdü. Bu qitə çempionatlarının ev sahibləri oktyabr ayında açıqlanacaqlar.

Növbəti Avropa çempionatı - Avro-2024 Almaniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti