“Trabzonspor” yeni baş məşqçi axtarışlarını davam etdirir.
Sportinfo.az xəbər verir ki, Trabzon təmsilçisi hazırda “Fatih Karagümrük”ü çalışdıran Andrea Pirlonu komandaya gətirməyi planlaşdırır.
“Trabzonspor” rəhbərliyi italiyalı mütəxəssislə görüşüb şərtlərini irəli sürüb. Pirlo özü də "bordo-mavilər"in baş məşqçisi olmağa isti yanaşır.

