Restorana basqın etdilər, futbolçuları o ki var döydülər! - VİDE

11 Aprel 2023 09:00 Türkiyə 296
Restorana basqın etdilər, futbolçuları o ki var döydülər! - VİDE

TFF 2-ci Liqada mübarizə aparan "Balıkesirspor"un səfərdə 2:0 hesabı ilə uduzduğu matçının qayıdışında restoranda futbolçularla azarkeşlər arasında dava düşüb.

Sportinfo.az xəbər verir ki, "Balıkesirspor" səfərdə "Uşakspor"a 2:0 hesabı ilə uduzub.

"Balıkesirspor"un bu hesabdan sonra "Uşakspor"la xal fərqi 5-ə yüksəlib.

Qarşılaşmadan sonra “Balıkesirspor” azarkeşləri komandalarına sərt reaksiya göstəriblər. Azarkeşlərin futbolçulara reaksiyası zamanı gərginlik yaşanıb.

Müzakirə böyüdükdən sonra futbolçular və azarkeşlər bir-birini təpikləyib və şillələyiblər. Bir azarkeşin də futbolçulara stul atdığı görülüb.

Digər Xəbərlər
Xəbər Lenti