Mahirin qaçırdığı qol erizodu Türkiyədə gündəm oldu - VİDEO

8 Aprel 2023 22:40 Türkiyə 12 594
Mahirin qaçırdığı qol erizodu Türkiyədə gündəm oldu - VİDEO

“Konyaspor”un formasını geyinən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Antalyaspor”a qarşı Super Liqa oyununda əldən verdiyi qol şansı müzakirələrə səbəb olub.

Sportinfo.az xəbər verir ki, forvard 1:1 hesabı ilə başa çatan qarşılaşmanın son dəqiqələrində cinah ötürməsindən sonra topa toxuna bilməyib.

Komandanın baş məşqçisi Aleksandar Stanoyeviç matçdan sonra bildirib ki, Emreli yüz faizlik qol imkanını boşa verib.

“Konyaspor” azarkeşləri isə sosial şəbəkələrdə 25 yaşlı hücumçudan narazılıqlarını dilə gətiriblər. Onlar Emrelinin komandadan göndərilməsini istəyiblər.

Mahir qarşılaşmadan sonra fanatlara yaxınlaşaraq, qol fürsətindən yararlana bilmədiyi üçün üzr istəyib.

Milli üzvü qışda Zaqreb “Dinamo”sundan icarə əsasında keçdiyi “Konyaspor”da meydana çıxdığı dörd oyunda nə qol, nə də assistlə yadda qalıb.

O, “Antalyaspor”la görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 66-cı dəqiqədə oyuna qoşulub.

Digər Xəbərlər
Xəbər Lenti