“Fənərbağça” böyük hesabla yarımfinada - VİDEO

8 Aprel 2023 00:00 Türkiyə 275
“Fənərbağça” böyük hesabla yarımfinada - VİDEO

Sportinfo.az xəbər verir ki, Türkiyə Kubokunda bütün yarımfinalçılar bəlli olub.

1/4 finalın son oyununda “Fənərbağça” doğma meydanda “Kayserispor”u qəbul edib.

Qarşılaşmada ilk qolu Emre Mor vurub. 8-ci dəqiqədəki qoldan 10 dəqiqə sonra D.Kolovetsiosla qonaqlar bərabərliyi təmin ediblər.

Hissənin sonuna üç dəqiqə qalmış Emre Mor yenidən “Fənər”i hesabda önə keçirib.

Bundan sonra meydan sahibləri daha iki dəfə fərqləniblər. 58-ci dəqiqədə S.Dursun, 90-cı dəqiqədə isə A.Güler rəqib qapıçını məyus edib.

Beləliklə, “Fənərbağça” bu qələbədən sonra yarımfinalda “Sivasspor”a rəqib olub. 1/2 finalın digər oyununda isə “Başakşehir” və “Ankaragücü” münasibətlərinə aydınlıq gətirəcək.

Digər Xəbərlər
Xəbər Lenti