Burak Yılmaz İstanbul nəhənginə qayıdır - Bu dəfə məşqçi kimi

6 Aprel 2023 15:20 Türkiyə 1 369
Burak Yılmaz İstanbul nəhənginə qayıdır - Bu dəfə məşqçi kimi

Niderlandın "Fortuna Sittard" klubunda çıxış edən Burak Yılmaz karyerasını bitirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı hücumçu məşqçiliyə başlamağı planlaşdırır.

Bu barədə "Sabah" nəşri məlumat yayıb. Türkiyə millisinin sabiq üzvünün "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin məqşçilər korpusunda yer alacağı gözlənilir.

Burak Yılmaz mövsümün əvvəlində "Fortuna Sittard"a keçib. Təcrübəli forvard komandanın heyətində meydana çıxdığı 26 matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Burak 2006-2008 və 2019-2020-ci illərdə "Beşiktaş"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"