"Azərbaycanın 80 faizi "Qalatasaray"lıdır" - KLUB BAŞQANI

6 Aprel 2023 01:00 Türkiyə 262
"Azərbaycanın 80 faizi "Qalatasaray"lıdır" - KLUB BAŞQANI

Sportinfo.az xəbər verir ki, "Qalatasaray"ın prezidenti Dursun Özbek Azərbaycanda komandasına olan maraqdan danışıb.

Klubun idarəçiləri və iş adamları üçün təşkil olunan iftar məclisində çıxış edən D.Özbek bildirib ki,"Qarabağ"da keçirilən xeyriyyə matçının önəmi böyük olub:

"Azərbaycanın 80 faizi "Qalatasaray"lıdır. 65 minlik stadionda 62 min 500 tamaşaçı vardı. Əksəriyyəti "Qalatasaray"a azarkeşlik edirdi.

Cənab Prezident İlham Əliyevin və xanımının matçda iştirak etməsi oyuna ayrıca gözəllik bəxş etdi. Özü ilə görüşmək fürsətim də oldu".

Martın 26-da Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Qalatasaray" xeyriyyə oyunu İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu