“Yuve” İtaliya derbisində son dəqiqə şoku yaşadı - VİDEO

5 Aprel 2023 10:00 Türkiyə 306
“Yuve” İtaliya derbisində son dəqiqə şoku yaşadı - VİDEO

İtaliya Kubokunda yarımfinal mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk matçda “Yuventus” və “İnter” birincilərin meydanında üz-üzə gəliblər.

İtaliya derbisində qalib müəyyənləşməyib - 1:1. Hesabı 83-cü dəqiqədə turinlilərin heyətində Xuan Kuadrado vurub. Ancaq 90+5-ci dəqiqədə Romelu Lukaku penaltidən fərqlənərək, bərabərliyi təmin edib.

Cavab matçı aprelin 26-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti